Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 Sentyabr
# 21 sentyabr 2016 18:18 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Federal Ehtiyat Sisteminin dolların faiz dərəcələri ilə bağlı qərarı neft bazarına əhəmiyyətli dərəcədə təsir edəcək. Dolların bahalaşması neftin ucuzlaşması deməkdir. FES-in nə qərar çıxaracağını ehtimal etmək üçün əsas indikatorlardan biri məhz neftin bazar qiymətidir. Əgər Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artıracağı ehtimalı çox böyük olsaydı, bu gün neftin qiymətində ciddi ucuzlaşma müşahidə olunacaqdı. Amma qiymətlərdə əksinə artım müşahidə olunur. Bu artımın bir səbəbi dolların faiz dərəcəsinin artırılmasına inamın az olmasıdırsa, digəri də elə FES-dən gözləntilərlə bağlıdır. Çünki qərardan sonra ən böyük təsirin valyuta və neft bazarına olacağı məlumdur, bu səbəbdən treyderlər vəziyyəti tam proqnozlaşdıra bilmədikləri üçün bu gün satışların həcmini maksimum dərəcədə azaldıblar. Bu isə qiymətlərin az da olsa artımına təsir göstərib. Əslində treyderlər FES-in qərarı ərəfəsində gözləmə mövqeyi tutmaqda haqlıdırlar. Çünki “Yol əhvalatı” filmində Qurban kişinin dediyi kimi, “bu işdə kiçik bir səhv böyük finansovı katastrofaya səbəb ola bilər”.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR