Lvovda ABŞ-Ukrayna təlimləri başlayıb

Lvovda ABŞ-Ukrayna təlimləri başlayıb
# 27 iyun 2016 11:00 (UTC +04:00)

Bakı - APA. Bu gün Ukraynanın Lvov vilayətində "Rapid Trident-2016" adlı ABŞ-Ukrayna hərbi təlimlərinə start verilir.

APA-nın ABŞ-ın Avropadakı komandanlığına istinadən verdiyi xəbərə görə, təlimlərin birinci hissəsi iyulun 8-dək davam edəcək.

Təlimlərdə 14 ölkənin 1800 nəfər hərbçisi iştirak edəcək.

Qeyd edək ki, əvvəllər təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edib. Lakin ötən il olduğu kimi, bu ildə azərbaycanlı hərbçilərin təlimlərdə iştirakı nəzərdə tutulmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR