“Müharibə üzlərdə” foto-jurnalının təqdimatı olub

“Müharibə üzlərdə” foto-jurnalının təqdimatı olub
# 25 dekabr 2015 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin ofisində “Müharibə üzlərdə” foto-jurnalının təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimat mərasimində İcma sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, deputatlar Flora Qasımova, Elman Məmmədov, rəsmi şəxslər, o cümlədən işğal olunmuş rayon sakinlərinin bir qismi iştirak edib.

Bayram Səfərov Qarabağ münaqişənin yaranma tarixi, Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verib. O, Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi, hərbi gücə malik olduğunu vurğulayaraq bildirib ki, foto-jurnalda I Qarabağ müharibəsinin həqiqətləri əks olunub.

Jurnalla www.facesofkarabakhwar.com adlı internet səhifəsində də tanış olmaq mümkündür.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının MÜdafiəsi Mərkəzi tərəfindən nəşr olunan jurnaldakı fotoların müəllifi Azərbaycanın əməkdar jurnalisti Tatyana Çaladzedir. Jurnalda Qarabağ döyüşlərində müəllifin çəkdiyi müxtəlif fotolar əks olunub.

T. Çaladze çıxış edərək deyib ki, bu onun ikinci foto dərgisidir: “Bu münaqişədən bəhs edən ilk dərgim 1992-ci ildə çap olunub”. T. Çaladze daha sonra müharibə dövründə çəkiliş apardığı çətin anlardan bəhs edib və azərbaycanlıların Ermənistan tərəfindən zorakılığa məruz qalmasından, çəkdiyi fotoların bu həqiqətlərdən yalnız bir qismini əks etdirdiyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR