Luqansk separatçılarının lideri avtomobilinin partladılması nəticəsində yaralanıb - YENİLƏNİB

Luqansk separatçılarının lideri avtomobilinin partladılması nəticəsində yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 06 avqust 2016 09:31 (UTC +04:00)

Bakı – APA. Luqansk Xalq Respublikası separatçılarının lideri İqor Plotnitski yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Luqansk informasiya mərkəzi”nin yaydığı xəbərdə bildirilir.

İ. Plotnitskini Luqansk xəstəxanalarının birinə aparıblar. Avtomobilin partladılması nəticəsində Luqansk separatçılarının lideri ilə yanaşı bir neçə nəfərin yaralandığı bildirilir.

*** 11.08

Bakı – APA. Luqanskda tanınmamış Luqansk Xalq Respublikası separatçılarının liderinin avtomobili partladılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Hazırda avtomobildə Luqansk separatçılarının lideri İqor Plotnitskinin olub-olmadığı dəqiqləşdirilir.

Yaralanmış şəxslər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR