Xaçmazda 8 otaqlı ev yanıb

 Xaçmazda 8 otaqlı ev yanıb
# 16 sentyabr 2017 01:02 (UTC +04:00)

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, Nərəcan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 8 otaq və 1 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 77 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR