Şəki sakinini ilan sancıb

 Şəki sakinini ilan sancıb
# 13 avqust 2015 07:29 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə 29 yaşlı kişini ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 04:30 radələrində rayonun Qayabaşı kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Şahbaz oğlu Hüseynov ilan sancması ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 29 yaşlı Bəxtiyar Hüseynov gecə saatlarında yaşadığı evin həyətyanı sahəsindəki ayaq yoluna gedərkən qəfildən ilan olun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Bəxtiyar Hüseynova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR