"Unibank" pulköçürmə sistemini yaradıb

"Unibank" pulköçürmə sistemini yaradıb
# 20 oktyabr 2016 08:54 (UTC +04:00)

Bakı - APA-Economics. "Unibank" "Unitransfer" adlı daxili pulköçürmə sistemini istifadəyə verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Unitransfer"in üstünlüyü müştərilərə "Unibank"ın eyni şəhərdəki filialları arası və yaxud bir şəhərdə yerləşən filialından digər şəhərdə yerləşən filialına ən qısa müddətdə pulköçürmə imkanı verməsi ilə yanaşı, hesab açılmamasıdır. Yəni köçürmə adi qaydada, ad, soyad, ata adı və kod əsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra, sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən "Unibank" filialından pulu götürə biləcək.

"Unitransfer"lə 4 valyutada - manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0,4%-i (minimum 2 AZN/USD/EUR, 200 RUB) həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız "Unibank" daxilində fəaliyyət göstərən pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.


Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinə qoşulan "Unibank" 10 pulköçürmə sistemi vasitəsilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik "Zolotaya Korona", "Contact", "Western Union", "Faster", "Lider", "Blizko", "PrivatMoney", UPT kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, dollar, avro və rublla əməliyyatlar həyata keçirir.

Beynəlxalq pulköçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən "Unibank" pulköçürmə xidmətlərini genişləndirmək üzrə ölkənin maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR