Mədəniyyət və turizm naziri Tovuzda neolit dövrü abidəsini ziyarət edib

Mədəniyyət və turizm naziri Tovuzda neolit dövrü abidəsini ziyarət edib
# 31 mart 2015 14:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji işlərlə tanış olub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abidənin tədqiqatçısı, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Göytəpə qədim yaşayış məskənində aparılan əsaslı arxeoloji araşdırmaların ilkin nəticələri haqqında ətraflı məlumat verib.

Eramızdan əvvəl VI minilliyə aid edilən bu məkanda ölkə başçısının müvafiq sərəncamı ilə arxeoloji park yaradılır. Göytəpə neolit dövrü abidəsi bölgədə mədəni turizmin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Nazir Ə. Qarayev prezident İlham Əliyevin “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli sərəncamından irəli gələn işlərinin ilkin nəticələri ilə tanış olub, öz irad və təkliflərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR