İraqın baş naziri: “İŞİD liderinin demək olar ki, bütün ətrafı məhv edilib”

İraqın baş naziri: “İŞİD liderinin demək olar ki,  bütün ətrafı məhv edilib”
# 08 fevral 2017 00:02 (UTC +04:00)

Beynəlxalq koalisiya qüvvələri İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin demək olar ki, bütün ətrafını məhv edib. APA-nın xəbərinə görə, bunu “France24” telekanalına müsahibəsində İraqın baş naziri Heydər əl-Abadi bildirib.

Bundan əvvəl telekanal baş nazirə istinadən əl-Bağdadinin yerinin müəyyənləşdirildiyini və onun mühasirəyə alındığını bildirib.

“O, daha heç kimə etibar etmir, o təcrid olunub, biz bütün hərəkətlərini izləyirik. O, demək olar ki, digər terrorçularla əlaqə saxlamır, əlaqə saxlamaq üçün onun kanalları da, demək olar ki, yoxdur”, - deyə baş nazir bildirib. Lakin o, İŞİD liderinin konkret yerini açıqlamayıb.

Dekabrın ortalarında əl-Bağdadinin Mosulda yeraltı bunkerdə gizləndiyi bildirilmişdi.

Qeyd edək ki, ABŞ onun yeri ilə bağlı dəqiq informasiyaya görə 25 mln. dollar mukafat vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR