Qaxda şəlalədən daş düşməsi nəticəsində üç nəfər xəsarət alıb

Qaxda şəlalədən daş düşməsi nəticəsində üç nəfər xəsarət alıb
# 18 iyul 2018 11:27 (UTC +04:00)

Qax rayonuna istirahətə gedən 3 nəfər xəsarət alıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12 radələrində rayonun İlisu kəndi ərazisində yüksək dağlıq ərazidən tökülən Ram-Ramay şəlaləsinə istirahətə gedən Cəlİlabad rayon sakini, 1990-cı il təvəllüdlü Orxan Eldar oğlu Məstəliyevin üzərinə şəlalədən gələn daş düşüb.

Nəticədə Orxan Məstəliyev başından, sol çiynindən, kürəyindən və qabırğalarından xəsarət alıb.

O. Məstəliyev yıxılan zaman yanında olan həmyerliləri - 1990-cı il təvəllüdlü Tərlan Məlikəhməd oğlu Ağamalıyev və 1988-ci il təvəllüdlü Mirrəhman Mirələm oğlu Salmanova toxunub.Bu zaman onlar da yıxılaraq xəsarət alıblar.

Hər üç şəxs Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. O. Məstəliyevin xəsarətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriləcək.

T.Ağamalıyev və M.Salmanov lazımi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR