Bank Of Baku

Özbəkistan Əfqanıstanla sərhəd təhlükəsizliyini gücləndirir

Özbəkistan Əfqanıstanla sərhəd təhlükəsizliyini gücləndirir
# 15 avqust 2021 15:49 (UTC +04:00)

Özbəkistanın sərhəd xidməti qonşu ölkədə baş verən son hadisələr fonunda Əfqanıstanla sərhədi gücləndirilmiş rejimdə qoruyur, bütün lazımi təhlükəsizlik tədbirləri görülüb.

APA bildirir ki, bu barədə RİA Novosti-yə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunlarının nümayəndəsi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Özbəkistan Xarici İşlər Nazirliyi, Əfqanıstanın 84 hərbiçisinin Özbəkistanla sərhədi keçdiyini və kömək istədiyini bildirib.

Nazirlikdən verilən məlumata görə, bu hərbçilərə tibbi yardım və yemək verilib, onların müvəqqəti yerləşməsi təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR