Silahlı Qüvvələrin Hərbi Akademiyasında məzunların buraxılış mərasimi keçirilib - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasında məzunların buraxılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 25 iyun 2015 20:41 (UTC +04:00)

Bakı-APA. Silahlı Qüvvələrin Hərbi Akademiyasında məzunların növbəti buraxılış mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümümmilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR