"Azercell"in səhmdarı mənfəətini dördqat azaldıb

"Azercell"in səhmdarı mənfəətini dördqat azaldıb
# 03 noyabr 2016 07:13 (UTC +04:00)

"Turkcell" şirkətinin III rübdə xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 dəfə azalaraq 631,3 mln. lirədən 181,7 mln. lirəyə düşüb.

"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, analitiklər gəlirin 472 mln. lirə səviyyəsində olmasını proqnozlaşdırıb.

Eyni zamanda III rübdə satışlar 3,6 mlrd. lirəyə yüksəlib. Ötən il isə satışların həcmi 3,4 mlrd. lirə olub.

Qeyd edək ki, "Türkcell" "Fintur Holdings"in səhmdarıdır. Adıçəkilən holdinq İsveç şirkəti "TeliaSonera"nın Avrasiya regionundakı aktivlərini idarə edir. Söhbət "Azercell" (Azərbaycan), "GeoCell" (Gürcüstan), "KCell" (Qaxaxıstan), "MoldCell" (Moldova) kimi aktivlərdən gedir.

* 1 türk lirəsi 0,5292 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR