Londonda bıçaqla silahlanmış naməlum şəxs polislərə hücum edib

Londonda bıçaqla silahlanmış naməlum şəxs polislərə hücum edib
# 26 avqust 2017 00:20 (UTC +04:00)

Londonun mərkəzində, Bukinqem sarayı yaxınlığında bıçaqla silahlanmış naməlum şəxs polis əməkdaşlarına hücum edib.

APA-nın xəbərinə görə, bu barədə Skotland Yardın məlumatında bildirilir.

Məlumata əsasən, polis işçiləri naməlum şəxsi saxlamaq istəyərkən sonuncu onlara hücum edib. İnsident nəticəsində iki polis zabiti yüngül yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb, onun kimliyi açıqlanmır. Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR