Azərbaycanda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib

Azərbaycanda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib
# 19 noyabr 2016 09:51 (UTC +04:00)

Bu gün Azərbaycanda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib.

APA-nın xəbərinə görə, simpoziumda Respublika Hemofiliya Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, hemofiliyalı xəstənin həyat keyfiyyətinin yüksək olması üçün multidistiplinar yanaşma mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, simpoziumun məqsədi çoxprofilli həkimlər briqadasının birgə iş sisteminin təkmilləşdiirlməsi üçün onları bir araya toplamaqdır.

Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov vurğulayıb ki, hemofiliya xəstəliyinin qarşısının alınmasına dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir: “Əvvəllər hemofiliyalı xəstələrin müalicəsi çox çətin idi. Çünki onların müalicəsində yalnız təzə dondurulmuş plazmadan istifadə olunurdu. Plazma isə çox az olduğundan xəstələrə çatmırdı və nəticədə qanaxmalar onların əlil olmasına, hətta ölümünə səbəb olurdu. Ancaq 2005-ci ildə ölkədə İrsi qan xəstəliyi ilə mübarizəyə dair qanun və bir sıra dövlət proqramları qəbul edilib. Hazırda 3-cü beş illik dövlət proqramı (2016-2020-ci illər üzrə) həyata keçirilir. 2005-ci ildən bu günə kimi olanları müqayisə etsək hemofiliyalı xəstəliyi ilə mübarizə sahəsində inqilabi dəyişiklərin olduğunu görmək olar".

Simpoziumda yerli mütəxəssislərlə bərabər Rusiyanın Hematoloji Elmi Mərkəzinin koaqulopatiyalar üzrə elmi-konsultativ şöbənin müdiri Zozulya Nadejda ağır hemofiliyalı xəstələrin və digər qanda laxtalanma patologiyası ilə xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış edib. Tədbirdə hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzular müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR