Nardaran sakinindən 2 kq heroin və 6 ədəd xəncər götürülüb

Nardaran sakinindən 2 kq heroin və 6 ədəd xəncər götürülüb
# 12 mart 2019 11:32 (UTC +04:00)

Nardaran sakinindən 2 kiloqrama yaxın heroin, 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR