Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb

Salyanda qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb
# 05 dekabr 2017 06:55 (UTC +04:00)

Dekabrın 3-də Salyan rayonunun Sarvan kəndi ərazisində mikroavtobusla "Mitsubishi-Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan dörd nəfərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəzada xəsarət alan Masallı rayonunun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızı bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəza nəticəsində daha 7 nəfər xəsarət alıb. Onlardan 4-nə ambulator yardım göstərilərək evə buraxılıb.

Orta-ağır dərəcəli xəsarətlər alanlar - Lənkəran rayon sakini, 1964-cü il təvəllüdlü Rəhimova Tükəz Həbib qızı, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Qasımova Maral İnşallah qızı və Masallı rayonu Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlunun müalicəsi isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR