Yevlaxda avtoqəza zamanı 3 nəfər xəsarət alıb

Yevlaxda avtoqəza zamanı 3 nəfər xəsarət alıb
# 30 noyabr 2019 20:42 (UTC +04:00)

Yevlaxda yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.

Biri "VAZ 2107" olmaqla, iki avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar - 1994-cü il təvəllüdlü Ağstafa rayon sakini Namiq Eyvazlı, 1993-cü il təvəllüdlü Balakən rayon sakini Rəfael Kərimov və 1995-ci il təvəllüdlü Qax rayon sakini Elnur Məmmədli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR