Emomali Rahmona “Müstəqil Tacikistanın qurucusu” titulu verilib

Emomali Rahmona “Müstəqil Tacikistanın qurucusu” titulu verilib
# 26 oktyabr 2016 12:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Tacikistan parlamentinin aşağı palatası ölkə prezidenti Emomali Rahmona “Müstəqil Tacikistanın qurucusu” titulu verib.

APA-nın məlumatına görə, bu barədə “Asia Plus” qəzeti xəbər yayıb.

Deputatlar qanunvericilikdə nəzərdə tutulmuş müvafiq dəyişikliyə yekdilliklə səs veriblər.

Parlamentin aşağı palatası Emomali Rahmonun xalqın lideri, sülh və milli birliyin qurucusu olduğunu göstərən qanuna konstitusiya hüququ verib. Deputatlar xalqın lideri adına təqaüd, fond və orden yaratmaq barədə qərar qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR