Bakının məktəblərində İngilis dilində danışıq klubları yaradılır

Bakının məktəblərində İngilis dilində danışıq klubları yaradılır
# 18 yanvar 2017 14:32 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib. İdarədən APA-ya verilən xəbərə görə, layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.

Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərin İngilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunur. Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlərə çatdırılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılır. Təlim zamanı İngilis dili müəllimlərinin təklifləri dəyərləndirilir və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunur. Təlimlər Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR