FİFA “transfer pəncərəsi”nin vaxtını dəyişir

FİFA “transfer pəncərəsi”nin vaxtını dəyişir
# 17 mart 2020 18:31 (UTC +04:00)

Yay “transfer pəncərəsi”nin vaxtı dəyişdiriləcək.

Apasport.az saytının məlumatına görə, FİFA futbolçuların keçidlərinin qeydiyyata alınması dövrünün açılma və bağlanma vaxtı ilə bağlı müzakirələr aparır.

Buna koronavirus pandemiyası üzündən əksər ölkələrdə çempionatların dayanması səbəb olub. Avropada klub mövsümünün iyunun sonunda başa çatacağı gözlənilir. Hətta bəzi oyunların iyulun əvvəlinə təsadüf edəcəyi də istisna deyil.

Bu səbəbdən də “transfer pəncərəsi”nin açılması mövsüm başa çatmamışa təsadüf edə bilər. Xüsusilə də başa çatacaq müqavilə və icarə anlaşmalarının problem yaratması mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR