“Ceyrançöl təmizləmə layihəsi”nin III mərhələsi ilə bağlı təqdimat keçirilib - FOTOSESSİYA

“Ceyrançöl təmizləmə layihəsi”nin III mərhələsi ilə bağlı təqdimat keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 sentyabr 2017 12:11 (UTC +04:00)

ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: Gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini Abid Şərifov, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycandakı diplomatik nümayəndəliklərin təmsilçiləri, səfirlər və Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri iştirak edib.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı yaranmış mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həyatını itirib, minlərlə insan xəsarət alıb. Direktor deyib ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib: “Ceyrançöl layihəsinin I mərhələsində 2012-ci ilin aprelindən 2014-cü ilin iyul ayınadək 64 kv.km olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14 654 partlamamış hərbi sursat və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Layihənin II mərhələsinə isə 2014-cü il 8 iyuldan başlanılıb və 24 ay müddətində davam edib. Nəticədə 23 584 545 kv.m ərazi təmizlənib, 1553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib”.

Q. Əhmədov qeyd edib ki, 22 kv.km ərazini əhatə edən III mərhələyə bu ilin yanvar ayında başlanıb, III mərhələnin 2018-ci il ərzində bitməsi nəzərdə tutulub: “ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kv.m ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb”.

Baş nazirin müavini A. Şərifov deyib ki, mina və PHS təhlükəsi olan ərazilər ANAMA tərəfindən təmizlənir və həmin ərazilərdə yaşayış evləri, magistral yollar inşa olunur. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökuməti “Ceyrançöl” layihəsinin əhəmiyyətini nəzərə alaraq layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

ANAMA-nın Əməliyyat üzrə Meneceri Samir Poladov Ceyrançöl Təmizləmə Layihəsi üzrə təqdimatla çıxış edib. Layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. S. Poladov Azərbaycan ərazisində mina və PHS təhlükəsi olan ərazilərin adlarını açıqlayıb.

Tədbirdə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, NATO Dəstək Agentliyinin (NSPA) Təchizat üzrə direktor müavini Orxan Muradlı, Türkiyənin Azərbaycandakı səfiri Erkon Özoral, ABŞ səfiri Robert Sekuta və başqaları layihənin əhəmiyyəti barədə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR