MİDA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

MİDA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
# 30 yanvar 2017 08:43 (UTC +04:00)

Fevralın 27-də Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MİDA" MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qurumdan "APA-Economics"ə verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq ilk növbədə MMC-nin direktorunun ötən müddət ərzində şirkət tərəfindən görülən işlər barədə hesabatı dinlənilib. Hesabat əsasən MİDA-nın ilk layihəsi olan Yasamal yaşayış kompleksinin layihələndirilməsi və tikintisi üzrə görülmüş tədbirləri, inşa olunacaq mənzillərin ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “MİDA” MMC-nin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq satışına hazırlıq işlərini və bir sıra digər təşkilati məsələləri əhatə edib.

Tədbir çərçivəsində həmçinin "MİDA" MMC-nin 2017-ci ildə perspektiv inkişafının əsas istiqamətləri Müşahidə Şurası tərəfindən təsdiq olunaraq, bununla bağlı fəaliyyət planının hazırlanması və icrasının təşkili üzrə cəmiyyətə tapşırıqlar verilib. Qarşıya qoyulan əsas vəzifələr arasında cari ilin 1 may tarixində istifadəyə veriləcək "Güzəştli mənzil" elektron sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, qeydiyyat prosesi, tələb olunan sənədlər və ödəniş şərtləri ilə bağlı ictimaiyyətin ətraflı məlumatlandırılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb, bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, müraciət edən vətəndaşların məmnunluğu səviyyəsinin "MİDA" MMC-nin işinin əsas keyfiyyət göstəricilərindən biri olduğu vurğulanıb, vətəndaşlara göstəriləcək xidmətlərin müvafiq standartlara uyğun şəkildə təşkili ilə bağlı da məsələlərə toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR