ABŞ Türkiyəyə PYD/YPG-nin Münbicdən çıxacağına dair təkrar təminat verib

ABŞ Türkiyəyə PYD/YPG-nin Münbicdən çıxacağına dair təkrar təminat verib
# 21 oktyabr 2016 14:59 (UTC +04:00)

Bakı - APA. ABŞ müdafiə naziri Eşton Karter PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin Suriyanın Münbic şəhərindən çəkilməsi barədə Vaşinqtonun verdiyi sözün arxasında durduğunu bildirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri ilə görüşü barədə sualı cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, ABŞ təkrar PYD/YPG-nin Münbicdən çıxacağına dair təminat verib: @Münbicdə PYD/YPG olmayacaq. Ümumiyyətlə, ABŞ-ın PYD-yə dəstək verməsi yanlışdır, bu görüşdə də bir daha söylədik”.

Baş nazir Türkiyə hərbi hava qüvvələrinin Suriyada Əl-Bab şəhəri istiqamətində irəliləyən PYD/YPG qüvvələrinə zərbə endirməsinə Suriya hökumətinin sərt reaksiya verməsinə, Türkiyə hərbi təyyarələrinin vurulacağı barədə bəyanatlara da toxunub: “Türkiyə ordusunun PYD/YPG-yə zərbə endirməsinə kimin nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur. Gələcəkdə də lüzum olarsa, bu istiqamətdə lazımi addımlar atılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR