Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb

Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb
# 28 aprel 2018 06:36 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Zaur Fəryad oğlu Hüseynovun idarə etdiyi “KaMAZ” markalı yük avtomobili, 42-BU-105 dövlət nömrə nişanlı avtomobilə 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi Mersedes markalı 90-UO-631 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişin - Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abasov hadisə yerində ölüblər. Avtomobildə sıxılıb qalmış cəsədlər FHN xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR