Qazaxda avtovağzal ərazisində hərbi sursat tapılıb

Qazaxda avtovağzal ərazisində hərbi sursat tapılıb
# 04 aprel 2018 13:51 (UTC +04:00)

Qazaxda avtovağzal ərazisində hərbi sursat tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, aprelin 4-də saat 12:40-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ünvanda avtovağzal ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkar olunub və zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR