“Ulduzların duetləri” adlı konsert keçiriləcək

“Ulduzların duetləri” adlı konsert keçiriləcək
# 27 sentyabr 2017 10:18 (UTC +04:00)

Oktyabrın 12-də Heydər Əliyev Sarayında “Ulduzların duetləri” adlı konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə tanınmış müğənnilərin ifasında sevilən duetlər səslənəcək. Tədbirdə xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər Teymur Əmrah, Almaz Orucova, Lalə Məmmədova, Almaz Ələsgərli, eləcə də bir sıra məşhur müğənnilər iştirak edəcək.

Proqramda vaxtilə böyük sənətkarların ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər də təqdim olunacaq. Bundan əlavə, tamaşaçılar bir neçə virtual dueti eşidəcəklər.

Konsertin informasiya dəstəyi APA, APA.TV, Lent.azVesti.az-a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR