Azərbaycan gübrəyə olan tələbatının 16%-ini ödəyir

Azərbaycan gübrəyə olan tələbatının 16%-ini ödəyir
# 12 aprel 2017 10:15 (UTC +04:00)

"Azərbaycanda taxılçılıq sahəsinə kompleks nəzarət həyata keçiriləcək". "APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

"Kompleks nəzarət tamamilə fərdlər tərəfindən həyata keçirilən monitorinqlərdən ibarət olmayacaq. Monitorinq zamanı peyk təsvirlərindən istifadə etməklə həm bütövlükdə statistik uçotun aparılması, həm də gözlənilən məhsuldarlıq barədə məlumatların əldə edilməsi nəzərdə tutulur. Ölkə ərazisində əkin sahələrinin 60%-nə qədərinin ortofoto xəritələri hazırlanıb. Bu, təkcə taxıl sahələrinin deyil, ümumilikdə kənd təsərrüfatı bitkiləri üzrə istehsalın vəziyyətinin müəyyən edilməsində mühüm elektron məlumat bazası rolunu oynayacaq", - deyə nazir müavini qeyd edib.

S. Talıbov Azərbaycanın özünün taxıl ilə təmin etməməsinin səbəblərinə də toxunub: "Bu aqrotexniki tələblərə düzgün riayət edilməməsi ilə bağlıdır. Baxmayaraq ki, son dövrlər bizdə gübrə ilə təminat 3 dəfə çoxalıb, amma biz gübrəyə olan tələbatımızın yalnız 16%-ini ödəyə bilirik. Bu il əlaqədar qurumlarla xüsusi nəzarət komissiyası yaradılacaq və eyni zamanda prezident tərəfindən yaradılan komissiyanın konkret işgüzar və səmərəli fəaliyyəti nəticəsində bu sahədəki bütün çətinliklər aradan qaldırılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR