Gənc və qadın sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb

Gənc və qadın sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi açıqlanıb
# 04 oktyabr 2017 08:20 (UTC +04:00)

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 88 gənc sahibkarlıq subyektinə 13,4 mln. manat və 73 qadın sahibkarlıq subyektinə 656 min manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə " Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Sənəddə deyilir ki, maliyyələşdirilmiş layihələr hesabına 516 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Gənc və qadın sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər respublika üzrə nəzərdə tutulub. Belə ki, 2017-ci ilin 6 ayı ərzində Bakı şəhəri üzrə 2 sahibkara 9,4 mln. manat və respublikanın regionları üzrə 86 sahibkara 4 mln. manat olmaqla cəmi 88 gənc sahibkarlıq subyektinə 13,4 mln. manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Həmçinin Bakı şəhəri üzrə 1 sahibkara 15 min manat və respublikanın regionları üzrə 72 sahibkara 641 min manat olmaqla cəmi 73 qadın sahibkarlıq subyektinə 656 min manat məbləğində güzəştli kredit vəsaiti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR