Azərbaycanın xam neftin ixracından əldə etdiyi gəlirlər yarıdan çox azalıb

Azərbaycanın xam neftin ixracından əldə etdiyi gəlirlər yarıdan çox azalıb
# 16 iyul 2015 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyun ayları üçün neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələri əsasında 4 779 579.85 min ABŞ dolları dəyərində 11 mln. 269 min 151,09 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,69% azdır. Məbləğ dəyərində isə bu rəqəm 50,7% azdır.

Bu ilin altı ayında 425 mln. 531,9 min dollar dəyərində 1 mln. 179 min 424,63 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 67,09% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 16,38% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR