Tramp əczaçı şirkətləri ABŞ-da dərmanları ucuzlaşdırmağa çağırıb

Tramp əczaçı şirkətləri ABŞ-da dərmanları ucuzlaşdırmağa çağırıb
# 31 yanvar 2017 20:51 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp əczaçı şirkətlərin rəhbərləri ilə görüşündə dərman vasitələrinin istehsalatını artırmağa, qiymətləri aşağı salmağa çağırıb. Dövlət başçısı yeni dərmanların qeydiyyata alınması müddətini azaltmağı vəd edib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ABŞ lideri “Novartis AG”, “Merck & Co”, “Johnson & Johnson”, “Celgene”, “Eli Lilly & Co”, “Amgen” kimi iri əczaçı şirkətlərin rəhbərləri ilə görüşüb.

Görüşdə həmçinin “Pharmaceutical Research and Manufacturers of America” əczaçı biznes nümayəndələrinin assosiasiyasının rəhbər şəxsləri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR