Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinə səfər edib - FOTO

Azərbaycanın Litvadakı səfiri Şaulyay şəhərinə səfər edib - <span style="color: red;">FOTO
# 14 may 2015 12:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Şaulyay şəhərinə səfər edib.

Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində o, şəhərin yeni seçilmiş meri Arturas Visotskasla görüşüb.

H. Məmmədzadə A. Visotskası bu vəzifəyə seçilməsi ilə əlaqədar təbrik edərək, Azərbaycan-Litva əlaqələrinə dair məlumat verib.

Şaulyay və Şəmkirin qardaşlaşmış şəhərlər olduğu nəzərə alınaraq, görüşdə bu müstəvidə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, birgə layihələr, mümkün investisiyalar mövzusunda fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidentinin təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edən səfir hazırda Litvanın 5 universitetinin xarici ölkələrdə təhsil üzrə dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb. H. Məmmədzadə hazırda bir çox Azərbaycan və Litva universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu və bu cür əlaqələrin Şaulyay Universiteti ilə də mümkünlüyünü qeyd edib.

Eyni zamanda, Azərbaycan prezidenti yanında fəaliyyət göstərən “Bilik Fondu” tərəfindən təşkil edilən multikulturalizm mövzusunda mühazirələrin Şaulyay Universitetində keçirilməsi müzakirə edilib. Litva xalqına Azərbaycanı və azərbaycanlıları daha da yaxşı anlamağa, onlarla yaxınlaşmağa təkan verə biləcək bu mühazirələrin ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı barədə ətraflı məlumat cəmləşdirdiyini vurğulayan səfir bu cür birdəfəlik və ya silsilə tədbirlərin keçirilməsinin mümkünlüyünü önə çəkib. Keçirilmiş görüşlərdə təhsil, sənaye və istehsalat sahəsində mümkün birgə fəaliyyət müzakirə edilib, yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonra Şaulyayın Ticarət, Sənaye və Peşə Palatasının prezidenti Vidmantas Yapertas, Palatanın baş direktoru Alfredas Yonuşka və şəhərin bir sıra nüfuzlu iş adamları, istehsalat rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə H. Məmmədzadə Azərbaycanın inkişafı, qeyri-neft sektoruna sərmayələrin yatırılması, ölkə rəhbərliyinin tapşırığı əsasında iqtisadiyyatın diversifikasiyası istiqamətində aparılmış işlər, ölkənin yüngül və ağır sənayesi barədə ətraflı informasiya verib. Şaulyay sənayeçiləri rəhbərlik etdikləri təşkilat və şirkətlər, onların potensial və imkanları barədə səfirə məlumat verib, mümkün əməkdaşlığın istiqamətləri haqqında danışıblar. Bu mövzularda aparılmış danışıqlarda iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, sərmayələrin yatırılması məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR