Sabah “İçərişəhər” Dövlət Qoruğu İdarəsi tabeliyindəki muzeylərdə “açıq qapı” günü elan ediləcək

Sabah “İçərişəhər” Dövlət Qoruğu İdarəsi tabeliyindəki muzeylərdə “açıq qapı” günü elan ediləcək
# 17 aprel 2017 07:54 (UTC +04:00)

18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan ediləcək. İdarədən APA-ya verilən məlumata görə, Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi "Müqəddəs əmanətlər" ekspozisiyası, “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR