“Qazprom” “Türk axını” qaz borusunun dəniz hissəsinin yarısını çəkib

“Qazprom” “Türk axını” qaz borusunun dəniz hissəsinin yarısını çəkib
# 01 mart 2018 20:07 (UTC +04:00)

Rusiyanın “Qazprom” neft-qaz konserninin “Türk axını” qaz borusunun dəniz hissəsinin, demək olar ki, yarısını çəkib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

“Şirkət Türk axını” layihəsinin dəniz hissəsində artıq 910 km boru çəkib, bu isə qaz xəttinin dəniz hissəsinin 49 faizini təşkil edir. Bağlanmış kontraktlara əsasən, birinci xətt ilə nəql ediləcək qaz Türkiyə bazarına tədarük olunacaq”, - deyə A.Miller bildirib.

Onun sözlərinə görə, qaz borusunun inşası üçün lazım olan bütün razılıqlar Türkiyə hökumətindən artıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR