Avrasiya İttifaqı ölkələrində dollar və avro ilə əməliyyatlar qadağan olunacaq

Avrasiya İttifaqı ölkələrində dollar və avro ilə əməliyyatlar qadağan olunacaq
# 02 dekabr 2014 16:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Avrasiya İttifaqına daxil olan ölkələrin ərazisində dollar və avro ilə əməliyyatların qadağan olunmasına hazırlıq gedir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Milli Ödəniş Sisteminin Direktorlar Şurasının sədri Aleksandr Murıçev deyib.

Onun sözlərinə görə, 2025-2030-cu illərdə milli valyutaya keçidin reallaşması gözlənilir: "Bunun üçün Avrasiya İttifaqına daxil olan ölkələrin (Rusiya, Belarus, Qazaxıstan və Ermənistan) ümumi ödəniş məkanının infrastrukturu yaradılacaq. Məlum təklif Avrasiya İttifaqında ödəniş sisteminin inkişafı konsepsiyası layihəsində də yer alıb".

A. Murıçev bildirib ki, Avrasiya İttifaqı ölkələri arasında əməliyyatların yarısı xarici dollar və avro ilə həyata keçirilir. Onun sözlərinə görə, bu, Avrasiya İttifaqının Qərb ölkələrinin iqtisadiyyatından asılılığını artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR