“Qalatasaray”da baş məşqçi dəyişikliyi gözlənilir

“Qalatasaray”da baş məşqçi dəyişikliyi gözlənilir
# 27 noyabr 2014 11:46 (UTC +04:00)

APA-nın “Hürriyet” qəzetinin saytına istinadən verdiyi məlumata görə, “Qalatasaray” rəhbərliyinin bu gün axşam saatlarında keçirəcəyi toplantıda italiyalı mütəxəssislə müqavilənin birtərəfli ləğvi barədə qərar qəbul edilməsi ehtimalı yüksəkdir. Onun yerinə bu mövsümün sonuna qədər çalışmaq şərtilə türk məşqçilərdən birinin gətiriləcəyi xəbər verilir.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Çempionlar Liqasında uğursuz çıxış edib və ötən gün Belçikada “Anderlext”ə 0-2 hesabı ilə məğlub olaraq sona 1 tur qalmış qrupu sonuncu sırada tamamlayıb. Komanda Türkiyə Super Liqasında da qeyri-sabit oyun nümayiş etdirir və son matçda öz meydanında “Trabzonspor”a 0-3 hesabı ilə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR