MSK sədri: “Seçki komissiyaları seçki günü gərginliyə yol verməməlidir”

MSK sədri: “Seçki komissiyaları seçki günü gərginliyə yol verməməlidir”
# 11 dekabr 2014 13:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Seçki məntəqəsinə müraciət edən bələdiyyə üzvlüyünə namizəd və nümayəndələrinə qarşı mülayim davranış ortaya qoyulmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, istənilən müraciətə, hətta yersiz hərəkətə belə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən imkan daxilində normal cavab verilməlidir: “Hərdən seçki məntəqəsində vəziyyətin gərginləşməsinə çalışanlar olur. Xüsusən kənd yerlərində bu cür məsələlərdə dözümlü olmaq lazımdır. Ümumiyyətlə, dünyanın hər yerində seçki dövründə əsəblərin gərginləşməsi müşahidə olunur. Seçki komissiyaları bu məsələdə gərginliyə yol verməməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR