Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən 2 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslər xilas edilib.