Bank Of Baku

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 83 min dollardan aşağı düşüb
# 08 oktyabr 2026 08:24 (UTC +04:00)

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,57% azalaraq 82 815,30 ABŞ dollarına enib. Kriptovalyuta son 7 gündə 0,98% ucuzlaşsa da, son 30 gündə 4,95% bahalaşıb.

“Ethereum” 1,75% ucuzlaşaraq 2 566,87 dollara, “Zcash” 1,85% geriləyərək 1 303,60 dollara, “Monero” isə 0,39% azalaraq 559,63 dollara enib.

“Bitcoin Cash”in qiyməti 2,76% azalaraq 298,74 dollara, “Bittensor” 2,20% ucuzlaşaraq 288,84 dollara, “Solana” isə 2,02% geriləyərək 115,89 dollara düşüb.

Bununla yanaşı, BNB ümumi bazar dinamikasından fərqli olaraq 0,38% bahalaşaraq 769,93 dollara yüksəlib.

Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma müşahidə olunub. “PAX Gold” (PAXG) 0,19% azalaraq 4 142,57 dollara, “Tether Gold” (XAUT) isə 0,27% geriləyərək 4 135,19 dollara enib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,30% azalaraq 171,18 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,66 trln. dollar səviyyəsində qərarlaşıb.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı geriləmə investorların riskli aktivlərə münasibətdə ehtiyatlı davranması və əvvəlki yüksəlişdən sonra mənfəətin realizasiyası ilə əlaqələndirilə bilər. ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı qeyri-müəyyənlik də bazarda investorların qərarlarına təsir göstərən amillər sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR