Bank Of Baku

Rubio: Qarşıdakı 10 ildə veriləcək qərarlar Qərbin dünyadakı yerini müəyyən edəcək

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 08 oktyabr 2026 03:12 (UTC +04:00)

Qarşıdakı on il ərzində qəbul ediləcək qərarlar Qərbin gələcək dünya nizamındakı yerini müəyyən edəcək.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada Avropaya ünvanlanan proqram xarakterli çıxışı zamanı bildirib.

“Bu gün biz yol ayrıcındayıq. Çünki qarşıdakı onillik və qəbul edəcəyimiz qərarlar növbəti əsrin tarixini yazacaq”, – Rubio deyib.

Onun fikrincə, Qərbin seçəcəyi kurs onun dünya birliyində aparıcı mövqeyini qoruyub-qorumayacağını müəyyən edəcək.

Rubio bildirib ki, zaman keçdikcə Qərb onu fərqləndirən xüsusiyyətlərdən çəkinməyə başlayıb, rifahını günahkarlıq mənbəyi kimi qəbul edib və öz böyüklüyünə layiq olduğuna inamını itirib.

“Millətçilik sözü mənfi məna daşımağa başladı, abidələrimizi sökdük, öz tariximizi qınadıq”, – dövlət katibi bildirib.

Rubionun fikrincə, Qərb ölkələri illər ərzində suverenliklərinin getdikcə daha böyük hissəsini qlobal bürokratik strukturlara ötürüblər. O iddia edib ki, Qərbin özünəinamının zəifləməsi fonunda onun rəqibləri daha fəal davranmağa, sərvət və güclərini artırmağa başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR