Bank Of Baku

Kriptobirjada yüksəliş davam edib - “Bitcoin”in qiyməti 65,6 min dolları ötüb

Kriptobirjada yüksəliş davam edib - “Bitcoin”in qiyməti 65,6 min dolları ötüb
# 21 iyul 2026 08:17 (UTC +04:00)

Son sutkada kriptovalyuta bazarında yüksəliş trendi davam edib.

APA-APA-Economics” xəbər verir ki, bazarın ümumi kapitallaşması son 24 saatda 1,25% artaraq 2,24 trilyon ABŞ dollarına çatıb.

Bazarın əsas kriptoaktivi “Bitcoin”in qiyməti 1,43% artaraq 65 637,64 ABŞ dollarına, “Tether Gold”un qiyməti 0,53% artaraq 4 043,09 ABŞ dollarına, “PAX Gold”un qiyməti 0,52% artaraq 4 039,82 ABŞ dollarına, “Ethereum”un qiyməti 2,94% artaraq 1 928,95 ABŞ dollarına, BNB isə 1% artaraq 575,05 ABŞ dollarına yüksəlib.

Bununla yanaşı, “Zcash” 2,86% bahalaşaraq 551,46 ABŞ dollarına, Monero 4,07% artaraq 348,30 ABŞ dollarına, “Bitcoin Cash” 4,56% bahalaşaraq 223,48 ABŞ dollarına, Bittensor isə 0,64% ucuzlaşaraq 195,06 ABŞ dollarına enib. “CoinMarketCap 20 Index DTF” isə 1,06% artaraq 132,29 ABŞ dolları olub.

“CMC20” bazar indeksi 1,62% artaraq 134,16 bənd təşkil edib.

Analitiklərə görə, kriptovalyuta bazarındakı yüksəliş investorların risk iştahının artması və əsas rəqəmsal aktivlərə tələbin güclənməsi ilə əlaqələndirilir. Bununla belə, “Fear & Greed Index”in 38 bənd səviyyəsində qalması bazarda ehtiyatlı əhval-ruhiyyənin hələ də davam etdiyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR