Bank Of Baku

Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri
# 04 iyul 2025 09:51 (UTC +04:00)

İyul ayının 4-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:45-də “CoinMarketCap” platformasında 0.11% ucuzlaşaraq 109 157 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.40% azalaraq 2578 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.95%, BNB isə 0.15% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR