Belarus XİN: Qazaxıstanın ÜTT-ə üzv olması Avrasiya İqtisadi Birliyinin inkişafını ləngidə bilər

Belarus XİN: Qazaxıstanın ÜTT-ə üzv olması Avrasiya İqtisadi Birliyinin inkişafını ləngidə bilər
# 28 oktyabr 2015 04:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Belarusun XİN rəhbəri Vladimir Makey deyir.

“Biz əsas məqsədimiz olan vahid iqtisadi məkanın tezliklə yaradılmasına mane olan çoxlu sayda məhdudiyyətləri qüvvədə saxlamışıq. Onun yaradılmasına dair qərar 2025-ci ilədək təxirə salınıb və bəzi tərəfdaşlarımızın addımları bu müddətin daha uzadılmasına gətirib çıxaracaq. Mən Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını və Qazaxıstanın öz üzərinə Avrasiya İqtisadi Birliyi çərçivəsində gömrük müdafiəsinin səviyyəsini aşağı salacaq müəyyən öhdəliklər götürməsini nəzərdə tuturam”, deyə Makey “Kommersant” qəzetinə müsahibəsində qeyd edib.

“Təbii ki, biz bu riskləri görürük və Qazaxıstandan AİB bazarına daxil olacaq mallara qarşı gömrük müdafiəsinin müvafiq səviyyəsini tətbiq etməklə adekvat tədbirlər görəcəyik. Yeri gəlmişkən, biz Rusiya, Ermənistan və Qırğızıstan tərəfdaşlarımızla birgə addımlar atırıq”, deyə Makey əlavə edib.

Qeyd edək ki, Qazaxıstan 2015-ci ilin sonunda rəsmi olaraq ÜTT-nin 162-ci üzvü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR