Tibb müəssisələrində rezidentura təhsili alanların xaricdə rotasiyası ilə bağlı müsabiqə elan edilib

Tibb müəssisələrində rezidentura təhsili alanların xaricdə rotasiyası ilə bağlı müsabiqə elan edilib
# 21 yanvar 2016 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezidentlərin ixtisas üzrə təhsil proqramına uyğun hər hansı rotasiyanı 2015/2016-ci tədris ilində xarici ölkələrin aparıcı tədris klinikalarında keçməsi üçün müsabiqə elan olunub.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, müsabiqədə hazırda ixtisas üzrə rezidenturanın sonuncu təhsil ilində təhsil alanlar və səlis xarici dil (türk, ingilis və ya alman) bilgisi olanlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən rezidentlər aşağıdakı sənədləri 15.02.2016-cı il tarixinədək saat 15:00-dan 17.00-dək Səhiyyə Nazirliyində Elektron Səhiyyə xidmətində (Akad. M. Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim etməlidirlər:

Ərizə (ərizə nümunəsi verilir);

Şəxsiyyət vəsiqəsinin surəti;

Xarici pasportun surəti;

Rezidentura təhsili aldığı tibb müəssisəsindən xasiyyətnamə;

Xarici dil səviyyəsi barədə sənəd”.

Qeyd olunub ki, sənədlərini təqdim etmiş, müsabiqə şərtlərinə uyğun gələn rezidentlər müsahibə üçün Səhiyyə Nazirliyinə dəvət olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR