Böyük Britaniyanın Aİ-dən çıxmasına tərəfdar olanların sayı 41 faizədək artıb

Böyük Britaniyanın Aİ-dən çıxmasına tərəfdar olanların sayı 41 faizədək artıb
# 05 iyun 2016 03:19 (UTC +04:00)

Bakı-APA. “Opinium” şirkəti Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalıb-qalmamasına dair keçiriləcək referendum ərəfəsində sosioloji sorğu keçirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, britaniyalı respondentlərin 43 faizi Aİ-nin tərkibində qalmağı dəstəkləyib.

Sorğuda iştirak etmiş respondentlərin 41 faizi Britaniyanın Aİ tərkibində qalmağı dəstəkləyiblər, 16 faizi isə suala cavab verməkdə çətinlik çəkiblər.

Sorğu mayın 31-dən iyunun 3-dək keçirilib və 2 min nəfəri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR