Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb
# 29 aprel 2016 17:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR