Bakıda macar rejissorun "Atəşkəs" filmi nümayiş olunub

Bakıda macar rejissorun "Atəşkəs" filmi nümayiş olunub
# 17 fevral 2016 09:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Nizami Kino Mərkəzində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filminin təqdimatı keçirilib.


APA-nın məlumatına görə, mərasim 24 il əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində qətlə yetirilənlərin və şəhidlərin ruhunun 1 dəqiqlik sükutla yad edilməsi ilə başlayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Azərbaycan və Macarıstandan olan jurnalistlərin birgə fəaliyyəti nəticəsində hazırlanan filmdə Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı işğalçılığının tarixi mərhələləri haqda məlumatlar yer alıb: "Avropalı ekspertlər filmin çəkilişində iştirak edib. Filmdə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapıb. Keçən ilin sonunda Budapeştdə nümayiş etdirilən film macar dilində səslənir və sonradan Azərbaycan dilinə də dublyaj olunub. Biz bu filmi bir neçə dilə də dublyaj edib dünya ictimaiyyətinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq".

Filmin rejissoru macar Erik Boqnardır.

Sonra film nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR