Şahin Bağırov: "Ümid edirik ki, Rusiya ilə gömrük-keçid məntəqəsində yaranmış problem qısa vaxtda yoluna qoyulacaq"

Şahin Bağırov: "Ümid edirik ki, Rusiya ilə gömrük-keçid məntəqəsində yaranmış problem qısa vaxtda yoluna qoyulacaq"
# 20 noyabr 2015 16:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Rusiya ilə sərhəddə gömrük-keçid məntəqəsinin fəaliyyətində yaranan problemlə bağlı bu ölkənin müvafiq orqanları ilə məlumat mübadiləsi aparılır. Eyni zamanda Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının tez bir zamanda Rusiya bazarına çatmasından ötrü müəyyən əlavə imkanların yaradılması, iki ölkə arasında imzalanmış saziş və protokolların həyata keçirilməsi məsələsini qaldırmışıq”.

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov deyib.

Ş. Bağırov bildirib ki, keçid məntəqəsində ciddi problem yoxdur: “Azərbaycan tərəfindən yola salınan maşınlar vaxtında sərhədi keçir və Rusiya istiqamətinə yollanır. Əslində, nəqliyyat vasitələrinin elə də uzun müddətə dayanması halı müşahidə olunmamışdı. Biz artıq Rusiya tərəfinə müraciət etmişik, ümid edirəm ki, problem qısa zamanda yoluna qoyulacaq".

O qeyd edib ki, hazırda gömrük-keçid məntəqəsində sıxlıq müşahidə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR