Həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişəcək

Həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişəcək
# 20 sentyabr 2016 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində bildirib ki, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişiləcək: “Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişlər adambaşına olacaq. Bu isə həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR