Avstraliyada 2 nəfər köpək balığının qurbanı olub

Avstraliyada 2 nəfər köpək balığının qurbanı olub
# 05 iyun 2016 09:11 (UTC +04:00)

Bakı-APA. Bu həftə Avstraliyanın qərb sahillərində, Pert şəhəri yaxınlığında köpək balıqlarının hücumu nəticəsində 2 nəfər həyatını itirib.

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, cəsədlərdən biri bu gün Mindari qəsəbəsi yaxınlığında suda aşkarlanıb.

Cəsədin üzərində köpək balığının hücumu ilə bağlı yaralar aşkarlanıb. Keçən cümə günü isə köpək balığının hücumuna məruz qalmış bir şəxs xəstəxanada həyatını itirib.

Bundan əvvəl isə ötən çərşənbə axşamı 29 yaşlı zabit Ben Qerrinq köpək balığının hücumuna məruz qalıb. Ayağını itirən zabit xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Yerli balıqçılar zabitə hücum etdiyi ehtimal edilən 4,2 metr uzunluqda köpək balığı tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR